Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatını təqdim edəcəyi vaxt məlum olub.
Parlamentdəki mənbədən “Report”a verilən məlumata görə, hesabat martın 16-da təqdim olunacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməyə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında hökumətin fəaliyyəti haqqında hesabat verməlidir.