Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, hökumətin hesabatının parlamentin martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur.
Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.