Milli Məclisin bu gün keçirilən iclasında "Reklam haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, dəyişikliyə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” qanuna uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.
Qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.