“Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna qətiyyən xələl gətirmir. Hesab edirəm ki, gələcəkdə belə bir hallar olmayacaq”.
“Report”un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, sosial şəbəkələrdə, elektron mətbu orqanlarda etik qaydalara riayət etmədən məlumatların yayılması halları olur: “Bununla bağlı prokurorluq orqanları fəaliyyətlərini davam etdirir. Bununla bağlı inzibati, cinayət məsuliyyətinə cəlb olunanlar var”.