Maliyyə hesabatı barədə pozuntunu təkrarlayan partiya bir il dövlət yardımı almayacaq

Maliyyə hesabatı barədə pozuntunu təkrarlayan partiya bir il dövlət yardımı almayacaq Azərbaycanda maliyyə hesabatı barədə pozuntunu növbəti ildə təkrarlayan siyasi partiyaya bir il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
Milli Məclis
21 Noyabr , 2022 12:53
Maliyyə hesabatı barədə pozuntunu təkrarlayan partiya bir il dövlət yardımı almayacaq

Azərbaycanda maliyyə hesabatı barədə pozuntunu növbəti ildə təkrarlayan siyasi partiyaya bir il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.

"Report"un xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihəyə əsasən,maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti bir il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.

Qanun layihəsinin ilkin varinatında isə bu müddət üç il idi.

Son xəbərlər

Orphus sistemi