112 min 749 yerli müşahidəçi qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, onların 65 mindən çoxu siyasi partiyaların müşahidəçiləridir.
M. Pənahov söyləyib ki, 7 077 müşahidəçi təkcə MSK-da qeydiyyatdan keçib. O qeyd edib ki, 105 min 672 nəfər isə məntəqə seçki komissiyalarında akkreditasiyadan keçiblər.
Onun sözlərinə görə, 990 nəfər deputatlığa namizədin 305 nəfəri siyasi partiyaların namizədləridir.
O qeyd edib ki, 371 nəfərin isə siyasi partiya mənsubiyyəti olsa da, bitərəf namizəd kimi qatılıb.