Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
16 İyun , 2023 11:44
Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Qəbul edilən qanuna əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774 milyon manata qarşı 3116,5 milyon manat və ya 10,1 faiz artırılaraq 33890,5 milyon manat təşkil edəcək.

Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılacaq.

Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 155 milyon manat və ya 6 faiz artırılaraq 2734,3 milyon manat olacaq. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri isə 43060,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 10034,4 milyon manat və ya 30,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41269,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3300,5 milyon manat və ya 8,7 faiz çoxdur. İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6733,9 milyon manat əlavə gəlirlər hesabına 1790,3 milyon manat profisit yaranacaq.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi