Milli Məclis şəhid jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Milli Məclis şəhid jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib Milli Məclis iyunun 4-də Kəlbəcərdə minaya düşərək həlak olanlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Milli Məclis
8 İyun , 2021 11:34
Milli Məclis şəhid jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Məhərrəm İbrahimov və Sirac Abışov

Milli Məclis iyunun 4-də Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sədr bildirib ki, Kəlbəcərdəki hadisə ilə bağlı bütün parlamentlərarası işçi qruplarının rəhbərlərinə rəsmi məktub göndərilib:

“Həmçinin, mənim tərəfimdən MDB PA təşkilatına və Avropa Şurası Parlament Assambleyası spikerlərinə məktublar ünvanlanıb”.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi