"Milli Məclisin payız sessiyasında şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
O bildirib ki, komitənin qanunvericilik işləri planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə isə işçi qrupunda baxılıb: "Qanun layihəsi hazırlanan zaman müxtəlif ölkələrin oxşar qanunvericiliyi araşdırılıb. Bundan başqa, xeyriyyəçilik sahəsində böyük təcrübəsi olan Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib".