Milli Məclisin deputatları ATƏT PA-nın xətti ilə İstanbulda seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları ATƏT PA-nın xətti ilə İstanbulda seçkiləri müşahidə edəcəklər Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər.
Milli Məclis
11 May , 2023 14:44
Milli Məclisin deputatları ATƏT PA-nın xətti ilə İstanbulda seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlar burada seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi