Milli Məclisin deputatlarının Şuşa şəhərində gəzintisi başlayıb.
"Report"un xəbərinə görə, onlar Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri, tarixi və mədəni abidələri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar.
Qanunverici orqanının nümayəndələri həmçinin Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.