Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılır.
“Report” xəbər verir ki, bu məsələ Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işlər planında əksini tapıb.
Komissiya üzvlüyünə aşağıdakı deputatların namzidəliyi irəli sürülüb:
1. Allahverdiyev Elnur Marat oğlu
2. Əliyev Rauf Asif oğlu
3. Hacıyev Emin Məcid oğlu
4. Hüseynova Sevinc Əmirəhməd qızı
5. Quliyev Eldar Allahyar oğlu
6. Vəliyeva Sədaqət Süleyman qızı
7. Zabelin Mixail Yuryeviç.
Bu deputatlar Hesablayıcı komissiyanın əvvəlki tərkibdə də təmsil olunublar. Yəni, komissiya əvvəlki tərkibdə təsdiqlənəcək.
Qeyd edək ki, qərar layihəsi parlamentin fevralın 1-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirəyə çıxarılacaq.