Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib.
Milli Məclis
18 Yanvar , 2023 15:30
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib.

“Report” xəbər verir ki, toplantının gündəliyinə 9 məsələ daxil edilib.

Gündəlikdəki məsələlər daha çox uyğunlaşdırma xarakterli olub.

İclasda həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin 2023-cü ilin işlər planına salınacağı barədə də məlumat verilib.

Komitə sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsi maliyyə tutumu amilinə görə ötən sessiyada qəbul olunmayıb: “Qanun layihəsi maliyyə resursları tələb etdiyindən maliyyə naziri Samir Şərifova məlumat verilib. Yəqin ki, ya yaz sessiyasında, ya da payız sessiyasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi qəbul ediləcək”.

Qeyd edək ki, iclasın sonunda gündəliyə daxil edilən məsələlər qəbul edilib.

Son xəbərlər

Orphus sistemi