Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
“Report” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 6 məsələ müzakirə olunub.
“Biz 3 gün ərzində səmərəli işlədik”, - S.Qafarova deyib. Onun sözlərinə görə, növbədənkənar sessiya çərçivəsində 6 qanun qəbul edilib.
İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Parlamentin növbədənkənar sessiyası çərçivəsində 3 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları avqustun 5, 6 və 7-də keçirilib.