Bu gün Milli Məclisin 2020-ci il payız sessiyasının sonuncu plenar iclası keçirilib.
“Report” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 7 məsələ müzakirə edilib.
İclasda 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə müraciət qəbul edilib.
Sonda Dövlət Himninin səsləndirilməsi ilə Milli Məclisin payız sessiyası bağlı elan olunub.