Milli Məclisin bu gün keçirilən plenar iclasında iştirak edən Baş Nazir Əli Əsədov isə deyib ki, qonşu ölkələrin maliyyə-bank sistemlərinin üzləşdiyi problemlər Azərbaycanda hiss edilməyib:
"Çünki bizim maliyyəmiz stabildir, milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir".
"Hazırda Azərbaycanın 53 milyard dollar ABŞ dolları strateji valyuta ehtiyatı var”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“İndiyə qədər ölkə iqtisadiyyatın şaxələndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Əldə etdiyimiz nailiyyətləri beynəlxalq qurumlar müsbət qiymətləndirib. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işləri həyata keçirilir. Bu işlər ölkəmizin öz hesabna görürük. Bu il də ölkəmizin qarşısında vacib işlər dayanır və əminik ki, bu işlər uğurla həyata keçiriləcək. Ötən il hökumətin hesabatı zamanı irəli sürülən təkliflər diqqətlə araşdırılıb," - deyə o, qeyd edib.