Ölkə daxilində müalicə, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.
"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Bundan əlavə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi də gəlir vergisindən azad ediləcək.
Azərbaycanda vergi tutulan aylıq gəlirin məbləğinin 2 500 manatadək olan hissəsindən 14 %, (350 manat + 2 500 manatdan çox olan) məbləğindən 25 % dərəcə ilə vergi tutulur.