"2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı tarix açıqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, qanun layihəsi parlamentin yaz sessiyasının mayın 31-də keçiriləcək sonuncu plenar iclasında müzakirə olunacaq.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.