Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiyaya səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər.
Parlamentdən "Report"a bildirilib ki, nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında ulu öndər Heydər Əliyevin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər.
Parlament nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək barelyef önünə qızıl güllər düzüblər.