Parlamentdə cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək

Parlamentdə cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək "Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir".
Milli Məclis
21 Sentyabr , 2021 14:15
Parlamentdə cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək

"Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O, deputatların seçicilərlə işinin düzgün qurulması, seçici müraciətlərinin dövlət qurumları tərəfindən cavablandırılması, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəhid ailələri, müharibə veteranları, döyüşlərdə sağlamlığını itirmiş qəhrəman övladlarımıza diqqət və qayğıya əsaslanan dövlət siyasətinin dəstəklənməsi, Milli Məclisin təşəbbüsü, müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkədə yeni siyasi konfiqurasiyada dialoq mühitinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha effektiv həyata keçirilməsi və Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib

Son xəbərlər

Orphus sistemi