“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq.
Bu barədə “Report”a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
O deyib ki, hazırda qanun layihəsinin üzərində iş aparılır:
“Sənədin ilkin variantının hazır olmasına baxmayaraq bəzi dəyişikliklərə ehtiyac var. İki-üç dəfə mənim də iştirak olmaqla İşçi qrupun iclası keçirilib. Bəzi detallar müzakirə edilib. Daha sonra hesab edirəm ki, “Toxumçuluq haqqında” yeni qanun da hazırlanmalıdır”.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin 2020-ci il yaz sessiyasının işlər planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.