“Azərbaycana idxal olunan qida və yem məhsullarına və qida məhsulları ilə təmasda olan material, məmulatlara dövlət nəzarəti ilə bağlı yeni yanaşma tətbiq ediləcək”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Qida məhsullarının tək özü yox, onların qablaşdırıldığı qablar, onlarla təmasda olan materiallar və məmulatlarda da qida ilə təmasda ola biləcək məmulatlar olmalıdır. Bütün dünyada belə bir yanaşma var. Biz də yeni qanunda bunu sərgiləmişik”, - o vurğulayıb.