Parlamentdə azlıq təşkil edən siyasi partiyaların Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlərinin siyahısı dəyişib.
“Report”un xəbərinə görə, ReAL Partiyasının namizədi Mətin Rəhimlinin adı siyahıda qeyd olunmayıb.
Sənədə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi İlkin Şahbazovun adı daxil edilib.
Qeyd edək ki, parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Azərbaycan Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov
Ehtiyat üzv -Niyaməddin Orduxan.