Sabahdan-noyabrın 2-dən Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başlayır.
"Report"un xəbərinə görə, layihə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirə olunacaq.
Noyabrın 6-da isə büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.