Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə yalan və böhtanlarla doludur:
"Milli Məclis Azərbaycana qarşı yalan, təhdid və tələblərin yer aldığı qətnaməni qətiyyətlə rədd edir. Bu, Cənubi Qafqazdakı sabitliklə barışmayan qüvvələrin növbəti addımıdır. Avropa Parlamentinin addımı dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaq deməkdir. Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edir. Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır. Amma ölkəmizə qarşı hansısa qərəzli, təhdid ritorikasını və tələbləri rədd edirik”.