Samir Şərifov: "Heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur"

Samir Şərifov: "Heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur" Maliyyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirib.
Milli Məclis
10 Noyabr , 2021 15:07
Samir Şərifov: Heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur
Samir Şərifov

Maliyyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirib.

"Report"un xəbərinə görə, o, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxışı zamanı danışıb.

"Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır", - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi