Sədr müavini: "Məhkəmələr rüsumların artırılmasında maraqlı deyil"

Sədr müavini: "Məhkəmələr rüsumların artırılmasında maraqlı deyil" “Rüsumların artırılması və azaldılmasında məhkəmələrin hər hansı bir marağı yoxdur. Çünki həmin rüsumlar dövlət büdcəsinə gedir”
Milli Məclis
25 İyun , 2021 14:31
Sədr müavini: Məhkəmələr rüsumların artırılmasında maraqlı deyil

“Rüsumların artırılması və azaldılmasında məhkəmələrin hər hansı bir marağı yoxdur. Çünki həmin rüsumlar dövlət büdcəsinə gedir”.

“Report”un xəbərinə görə, bu fikirləri Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov parlamentin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, həmin rüsumların yalnız 2 faizi məhkəmələrin fəaliyyətinin təmin edilməsinə yönləndirilir: “Qanun layihəsində rüsumlar artırılan zaman aztəminatlı ailələrin maraqları nəzərə alınır”.

Son xəbərlər

Orphus sistemi