"Müstəqillik Günü ilə bağlı Milli Məclisdə üç iclas keçiriləcək".
Bunu "Report"a eksklüziv açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
O bildirib ki, oktyabrın 11-i, 12-si və 15-də parlamentin plenar iclasları keçiriləcək: "Həmin iclaslarda Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı müzakirələr aparılacaq, deputatlar çıxışlar edəcəklər. Həmçinin "Müstəqillik Günü haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq".