Milli Məclisin bu gün keçirilən plenar iclasında “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.
Sənədə əsasən, Nuru Nadir oğlu Quliyev Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Rafail Əyyub oğlu Əliyev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.