Milli Məclisin bu gün keçirilən plenar iclasında “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.
Sənədə əsasən, aşağıdakı şəxslərin Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:
1. Abdullayev Vəli Əsgər oğlu (səlahiyyət müddəti başa çatıb)
2. Allahyarov Zaur Mirzağa oğlu
3. Bağırov Məhəmməd Ənvər oğlu
4. Mayılov Samir İlham oğlu
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.