“Hazırda Suriya və İraqda qalan azərbaycanlı uşaqların ölkəyə qaytarılması ilə bağlı tədbirlər görülür”.
“Report”un xəbərinə görə, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.
O qeyd edib ki, Suriyada və İraqda olan azərbaycanlı uşaqların Azərbaycana qaytarılması üçün müvafiq qurumlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edilib.