“Əgər Makronun yaşadığı şəhər işğal olunsaydı onun reaksiyası necə olardı? Bizim torpaqlarımız işğal olunub”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, dəfələrlə Fransanın ölkəmizdəki səfiri ilə görüşüb:
“Səfər hər zaman deyib ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bəs nə oldu? Buradan da görünür ki, Makron qərəzlidir. Onun öz fikrinin dəyişməsinin arxasında müəyyən qüvvələr durur. Fransa öz vasitəçilik fəaliyyətini yerinə yetirə bilmir”.