TÜRKPA-da sosial sahibkarlıqla bağlı qanun layihəsi hazırlanacaq

TÜRKPA-da sosial sahibkarlıqla bağlı qanun layihəsi hazırlanacaq “TÜRK PA çərçivəsində sosial sahibkarlıqla bağlı qanun layihəsinin hazırlanması üçün müəyyən ideyalar var”.
Milli Məclis
21 Aprel , 2022 10:33
TÜRKPA-da sosial sahibkarlıqla bağlı qanun layihəsi hazırlanacaq

“TÜRKPA çərçivəsində sosial sahibkarlıqla bağlı qanun layihəsinin hazırlanması üçün müəyyən ideyalar var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər Komissiyasının Bakıda keçiriləcək iclası çərçivəsində təşkil olunan "Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: Reallıqlar və perspektivlər" mövzusunda seminarda deyib.

“Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və pesrpektivlər” mövzusunda çıxış edən komitə sədri bildirib ki, belə ideyaların inkişaf etdirilməsi, bütövlükdə TÜRKPA-nın əhatə etdiyi bütün ərazilərdə vahid qanunvericilik bazasının olması sahibkarlıq fəaliyyəti ilə bağlı narazılıqlarla mübarizə aparmağa ciddi töhfə verə bilər.

Son xəbərlər

Orphus sistemi