“Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son illər çox işlər görülür. Bir vaxt var idi ki, sahibkarlardan vergi sistemi ilə bağlı çox şikayətlər alırdıq. Ancaq bununla bağlı indi çox ciddi şikayətlər yoxdur”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bizi çox maraqlandıran məsələlərdən biri hüquq-mühafizə orqanlarında islahatların aparılmasıdır. Hesab edirəm ki, məhkəmə-hüquq sistemində islahatlara getmək lazımdır. Bundan əlavə, işğaldan azad edilən ərazilərdə sənaye komplekslərinin yaradılmasını istəyirəm”, - deputat bildirib.