Azərbaycanda Vətən müharibəsində informasiya savaşında iştirak edən jurnalistlərin mükafatlandırılması təklif edilib.
“Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, həmin jurnalistlər araşdırılmalıdır: “Onlar dövlət tərəfindən arxa cəbhədə fəaliyyətlərinə görə mükafatlandırılmalıdır”.