Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir.
Bu barədə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.