Azərbaycan və JICA arasında kredit sazişinin müddəti artırılıb

Azərbaycan və JICA arasında kredit sazişinin müddəti artırılıb Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanla Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) arasında 29 may 2009-cu ildə imzalaknmış “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair "AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişikl
Milli Məclis
20 Dekabr , 2021 11:05
Azərbaycan və JICA arasında kredit sazişinin müddəti artırılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanla Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) arasında 29 may 2009-cu ildə imzalanmış “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair "AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report” xatırladır ki, kredit sazişi JICA-nın Azərbaycana 32,851 milyard yapon yeni borc verməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, həmin vəsaitdən ən son istifadə müddəti 29 may 2017-ci il tarixindən 30 dekabr 2021-ci il tarixinə dəyişdirilir.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi