Nazirlər Kabinetinin avqustun 21-də qəbul etdiyi qərara görə, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi. Yeni qaydalara əsasən, sadə vətəndaş bu imkandan ayda cəmi bir dəfə yararlana bilər. Qərar sentyabrın 21-də qüvvəyə minəcək.
Koronavirus pandemiyası dövründə böyük ticarət mərkəzləri, geyim və texnika dükanlarının bağlanması əhalini xarici onlayn platformalardan daha fəal alış-veriş etməyə sövq edib. Karqo şirkətlərinin də daxili bazarda fəallığı yüksəlib.
“Report” vətəndaşların onlayn ticarəti məhdudlaşdıran qərara münasibətini təqdim edir.