Ağdamın işğalından 28 il ötmür - VİDEO

Ağdamın işğalından 28 il ötmür - VİDEO Ağdamın işğalından 28 il ötmür - VİDEO
Multimedia
23 İyul , 2021 19:36
Ağdamın işğalından 28 il ötmür - VİDEO

“Şükürlər olsun ki, Ağdamın işğalının 28 ili tamam olmadı. Şükürlər olsun ki, artıq "Ağdamın işğalından 28 il ötür" xəbərini vermədik”.

Bu fikirləri "Report”a müsahibəsində İctimai Televiziyanın əməkdaşı əslən Ağdamlı olan Xanlar Mehdiyev deyib.

44 günlük Vətən müharibəsinin ən qızğın nöqtələrindən məlumatları çatdıran jurnalist Xanlar Mehdiyev Ağdamın işğaldan azad olunması xəbərini də cəbhəyanı ərazilərdə peşə fəaliyyətini yerinə yetirərkən alıb.

Xanlar Mehdiyev
Xanlar Mehdiyev

“27 sentyabr döyüş başlandığı gündən 26 noyabra qədər cəbhədə oldum. Ağdamdan başqa bütün istiqamətlərdə döyüşlər gedirdi. Ərazilər azad olunduqca düşünürdük ki, niyə Ağdamdan xəbər yoxdur. Düzü, bu məni bir az da narahat etmişdi. Amma nəhayət, noyabrın 20-də Ağdamın azad olunması xəbərini aldıq. Atama zəng vurdum ki, Ağdama gedirik nə istəyirsiniz? Dedi ki, məscid tərəfdən yolun sağını çək. Getdik və çəkdik. Çəkəndə heç nə görmədim, heç nə yox idi... Təəssüfləndim. Çünki Ağdamda daşı daş üstündə qoymamışdılar. Amma həm də sevinirdim uşaqlıqdan bəri görmədiyim ata ocağımda, Ağdamda idim”, - o bildirib.

Ətraflı videomüsahibəni təqdim edirik.

Son xəbərlər

Orphus sistemi