Artıq bir neçə gündür paytaxtda "Kənddən -Şəhərə" yarmarkası fəaliyyətə başlayıb. Qış yarmarkasında qiymətlər də münasibdir. Belə ki, vətəndaşlarımız mövsümi kənd təsərrüfatı məhsullarını birbaşa yarmarkada iştirak edən fermerlərdən ala bilərlər. Respublikanın 15 müxtəlif rayonundan gəlmiş 50-yə yaxın fermerin yetişdirdiyi məhsulların qiyməti də bazar qiymətləri ilə müqayisədə xeyli aşağıdır.
"Report" xəbər verir ki, bazarda sərt karantin rejiminin qaydalarına da ciddi şəkildə riayət olunur. Belə ki, içəri daxil olan müştərilərin hərarəti Aqrar İnkişaf Könüllüləri tərəfindən yoxlanılır və dezinfeksiya olunaraq içəri buraxılır.
Qeyd edək ki, qış yarmarkası Nərimanov və Binəqədi rayonu, Xırdalan şəhərində 30 dekabr tarixinə qədər davam edəcək.
"Report"un əməkdaşları sözügedən yarmarkada olub, alıcıların fikrlərini öyrəniblər.