Azərbaycan milli mətbuatı: keçmişdən bugünə

Azərbaycan milli mətbuatı: keçmişdən bugünə "Report" milli mətbuatının 145 illiyi ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Multimedia
22 İyul , 2020 14:31
Azərbaycan milli mətbuatı: keçmişdən bugünə

Bu gün biz Azərbaycan milli mətbuatının 145 illiyini qeyd edirik. Görkəmli maarifçi-publisist Həsən bəy Zərdabi banisi olduğu “Əkinçi” qəzeti ilə gələcək nəsillərin rəhbər tuta biləcəyi 3 təməl prinsipi - maarifçilik, müasirlik və istiqlal məfkurəsini müəyyən etmişdir. 

Müstəqilliyimiz bərpa edildikdən sonra milli mətbuatın inkişafının yeni dönəmi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə yeni siyasi-iqtisadi münasibətlərə transformasiya çərçivəsində həyata keçirilən fundamental islahatların tərkib hissəsi kimi 1995-ci ildə yeni Konstitusiya qəbul olunub, insan hüquq və azadlıqları kontekstində dövlətin informasiya siyasətinin prioritetləri müəyyən edilib, 1998-ci ildə senzura ləğv olunub, media üzərində dövlət nəzarəti aradan qaldırılıb və mətbuatın inkişafı üçün yeni perspektivlər açılıb. Ötən illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib.

Bu kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti mətbuatın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Cəmiyyətin həyatında mətbuatın rolunun durmadan artdığını, onun fəaliyyətində obyektivlik və sosial məsuliyyət prinsiplərinin, ictimai rəyə kənar təsirlərin artdığı şəraitdə vətənpərvərliyi və milli maraqları daim rəhbər tutmasının, informasiya mübarizəsinin kəskinləşdiyi hazırkı dövrdə beynəlxalq media məkanına çıxaraq, ölkəmizin maraqlarını müdafiə etməsinin zəruriliyini dəfələrlə vurğulayıb.

"Report" milli mətbuatının 145 illiyi ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Son xəbərlər

Orphus sistemi