Bu gün - sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Anım Günü ilə əlaqədar bu gün səhər saatlarından ictimaiyyət nümayəndələri, rəsmi şəxslər, hərbçilər və şəhid ailələri II Şəhidlər xiyabanını ziyarət edirlər.
“Report” II Şəhidlər xiyabından fotoreportajı təqdim edir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.