Bakıda istilik mövsümü başlasa da, soyuqda qalanlar var

Bakıda istilik mövsümü başlasa da, soyuqda qalanlar var Hər il olduğu kimi, bu il də noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakıda növbəti istilik mövsümünə start verilib.
Multimedia
18 Noyabr , 2021 17:14
Bakıda istilik mövsümü başlasa da, soyuqda qalanlar var

Hər il olduğu kimi, bu il də noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakıda növbəti istilik mövsümünə start verilib.

Ölkədə istilik təchizatına cavabdeh dövlət qurumu - "Azəristiliktəchizat" ASC adəti üzrə bütün qazanxanalarının fəaliyyətdə olduğunu, bütün sosial obyektlərə və yaşayış binalarına istilik verildiyini bildirir.

"Report"un apardığı müşahidələr nəticəsində isə məlum olub ki, bəzi obyektlərdə istilik mövsümü ya başlamayıb, ya da istiliklə təchizat lazımi səviyyədə deyil. Məsələn, Bakının Yasamal rayonunda yerləşən Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə sinif otaqları elə soyuqdur ki, şagirdlər dərsi üst geyimlərini çıxarmadan və əlcəklə keçməli olur.

Eyni vəziyyət Yasamal rayonundakı yaşayış binalarında da hökm sürür. Bununla bağlı sakinlərdən mütəmadi olaraq redaksiyamıza şikayətlər daxil olmaqdadır.

Məsələ ilə bağlı "Report"a açıqlama verən “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi isə deyir ki, bütün məktəblər, o cümlədən 21 saylı məktəb istiliklə təmin olunub: "Ola bilsin ki, məktəbin daxilində hər hansı problem var, tənzimlənmə aparılmalıdır. Bizə müraciət olunmayıb, müraciət etsələr, texniki dəstək göstərə bilərik. Bəzi binalarda da daxili problemlər var, onlar da aradan qaldırılır".

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi