Bakının ortasında yaşıl meşə - VİDEOREPORTAJ

Bakının ortasında yaşıl meşə - VİDEOREPORTAJ Havaların istiləşməsi ilə əlaqədar olaraq Bakının Nəbatat Bağına üz tutanların sayı artıb
Multimedia
19 May , 2021 14:47
Bakının ortasında yaşıl meşə - VİDEOREPORTAJ
0 : 00
0 : 00

Havaların istiləşməsi ilə əlaqədar olaraq Bakının Nəbatat Bağına üz tutanların sayı artıb. Təmiz havası, müxtəlif florası ilə zəngin olan bu yer insanların istirahət etməsi üçün əlverişli məkanlardan biridir.

"Report"un çəkiliş qrupu paytaxtın ortasında yaşıl meşə kimi tanınan Nəbatat Bağına yollanıb və burada istirahət edən insanlarla həmsöhbət olub.

1934-cü ildə yaradılmasına başlanılan Nəbatat Bağı Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Ərazisi 41 hektardan çox olan Bağın kolleksiya sahələrində 3 mindən artıq bitki növü və forması var. Burada həm öyrənmək həm də dincəlmək olar. Nəbatat Bağında qocasından tutmuş cavanına qədər hər kəsi görmək mümkündür.

Bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş bitki kolleksiyası var.

"Report" Nəbatat Bağından hazırladığı süjeti təqdim edir.

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi