Avqustun 5-dən Nazirlər Kabinetinin qərarı ilə çimərliklərin fəaliyyətinə icazə verilib. Vətəndaşlar sosial məsafəni gözləmək, karantin qaydalarına riayət etməklə dəniz kənarında istirahət etmək imkanı əldə ediblər.
Cimerlik.az saytına daxil olmaqla hansı çimərlikdə kvotaların olması barədə məlumat əldə edən paytaxt sakinləri təmizliyin gözlənildiyini, təhlükəsizliyin təmin edildiyini, sıxlığın müşahidə olunmadığını qeyd edirlər.
“Report” çimərlikdən hazırlanan reportajı təqdim edir.