Günümüzdə əlində smartfonla cizgi filminə baxan uşağa tez-tez rast gəlirik. Telefonu əlindən qoyan kimi televizorun pultunu götürüb yeni animasiya axtaran balacanı da ekrandan kənara çəkmək olmur.
Daha çox xaricdə istehsal olunan cizgi filmləri elə də təsirsiz deyil. Döyüş səhnələri, əcaib yadplanetli varlıqları əks etdirən səhnələr, təhtəlşüura yönəlmiş informasiyalar uşaq psixikasını ciddi zədələyə bilər.
Psixoloq Könül Babayeva və animator Sultan Abbasbəyli “Report”a mövzu ilə bağlı danışıblar.
Araşdırmanı təqdim edirik: