“Danışaq?” layihəsinin növbəti qonağı bloger-urbanist olub

“Danışaq?” layihəsinin növbəti qonağı bloger-urbanist olub Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin növbəti buraxılışının qonağı bloger-urbanist Anar Əliyev olub.
Multimedia
28 Sentyabr , 2024 15:45
“Danışaq?” layihəsinin növbəti qonağı bloger-urbanist olub

Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin növbəti buraxılışının qonağı bloger-urbanist Anar Əliyev olub.

"Report" xəbər verir ki, söhbətin əsas mövzusu Bakının nəqliyyat problemləri və onların həlli perspektivləri olub.

A.Əliyev Bakının yeni Baş Planının müsbət və mənfi tərəflərini sadalayıb, paytaxtın Bakıdan köçürülüb-köçürülməməsi ilə bağlı öz fikirlərini bölüşüb.

Bloger, həmçinin Bakının ictimai nəqliyyatın ən pis təşkil olunduğu TOP3 rayonunu açıqlayıb. O, sərnişinləri avtomobillərdən şəhər nəqliyyatına keçirmək imkanı barədə fikir bildirib.

Səyahətlərindən danışan A.Əliyev nəqliyyat infrastrukturu yaxşı inkişaf etmiş Avropa şəhərlərini misal çəkib. Onun fikrincə, Bakı onların təcrübəsini mənimsəməlidir.

Bundan əlavə, həmsöhbətlər 5-10 ildən sonra Bakının necə olacağı barədə də danışıblar.

Son xəbərlər

Orphus sistemi