Bu gün 85 yaşında vəfat edən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ilə vida mərasimi keçirilməyəcək.
“Report”un məlumatına görə, Xalq şairinin nəşi, təxminən, saat 15:00-16:00-da evindən götürüləcək. Pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.
Xalq şairi I Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.