Həftəsonu ictimai nəqliyyatın işləməməsi yoluxma riskini azaldırmı? - VİDEO

Həftəsonu ictimai nəqliyyatın işləməməsi yoluxma riskini azaldırmı? - VİDEO Pandemiyanın qarşısının alınması məqsədi ilə uzun müddətdir ki, həftəsonu ictimai nəqliyyat fəaliyyət göstərmir
Multimedia
16 May , 2021 16:54
Həftəsonu ictimai nəqliyyatın işləməməsi yoluxma riskini azaldırmı? - VİDEO

Koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə uzun müddətdir ki, həftəsonu ictimai nəqliyyat fəaliyyət göstərmir. Bu zaman bayıra çıxıb, uzun məsafəli yol getmək məcburiyyətində qalan insanlar isə taksiyə çox pul xərclənməsindən şikayətlənir.

Bəs həftəsonu ictimai nəqliyyatın işləməməsi həqiqətən də yoluxma riskini azaldırmı?

Sualımızı cavablandıran həkim Adil Qeybulla bildirir ki, pandemiyanın sürətlə yayılmasında əsas faktor təmasın olmasıdır. İctimai nəqliyyat isə təması artıran əsas vasitələrdəndir. Onun sözlərinə görə, ölkəmizdə bu qaydanın tətbiqi dünya təcrübəsinə əsaslanır və ictimai nəqliyyatın həftəsonu işləməməsi yoluxma təhlükəsini müəyyən qədər azaldır.

“Report” mövzu ilə bağlı süjeti təqdim edir.

Son xəbərlər

Orphus sistemi