İnteqrativ tibb: burada orqanizm vahid sistem kimi qəbul olunur - VİDEO

İnteqrativ tibb: burada orqanizm vahid sistem kimi qəbul olunur - VİDEO Xəstəliyin simptomunu müalicə etmək yox, səbəbini tapmaq lazımdır
Multimedia
5 Mart , 2021 18:47
İnteqrativ tibb: burada orqanizm vahid sistem kimi qəbul olunur - VİDEO

Son dövrlərdə artıq tibb elminin özündə bir yeni yanaşma yaranıb: xəstəliyin simptomunu müalicə etmək yox, səbəbini tapmaq lazımdır. Bunu bilmək üçün isə bir həkimin səyi bəzən azlıq edir. Yeni istiqamət inteqrativ tibb və ya inteqrativ təbabət adlanır.

İnteqrativ tibb barədə “Report”a danışan həkim Aytən İsmayılzadə bildirib ki, cəmiyyətdə bu istiqamət haqqında çox az bilik var: “Bu, insanlar üçün xilasedici bir tibdir. Türkiyədə buna “bütüncül” tibb deyirlər, yəni orqanizm vahid sistem kimi qəbul olunur. İnsanların kimyəvi dərmanlardan asılı vəziyyətə gəldiyi nəzərə alınsa, inteqrativ tibbin əhəmiyyəti daha da yüksəlir”.

Son xəbərlər

Orphus sistemi